Azərbaycanda şagird məktəbin bufetindəki qidadan zəhərləndi


Digərləri 26 Apr 2018 10:54:00 258 0

Azərbaycanda şagird məktəbin bufetindəki qidadan zəhərləndi

Ağsu rayonunda məktəbdə qidadan zəhərlənmə faktı baş verib.  

Son.az APA-ya istinadən xəbər verir ki, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.