Bakıda avtobusda cibgirlik edən şəxs tutuldu


Digərləri 26 Apr 2018 10:41:08 181 0

Bakıda avtobusda cibgirlik edən şəxs tutuldu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Bakı. Samir Əli - Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 25-də paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini T.Ağasıyeva bir gün əvvəl marşrut avtobusunda içərisində 180 manatı olan pulqabısının oğurlandığını bildirib. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıb.