Beşiktaş Fenerbahçe ilə oyundan imtina edə bilər


İdman 26 Apr 2018 10:35:00 287 0

Beşiktaş Fenerbahçe ilə oyundan imtina edə bilər

Türkiyə kubokunun yarımfinalında keçirilən Fenerbahçe - Beşiktaş cavab oyununun 57-ci dəqiqədən azarkeşsiz oynanılması birmənalı qarşılanmayıb.

Goal.az xəbər verir ki, TFF-nin qərarı Beşiktaş rəhbərliyi və baş məşqçi Şenol Günəş belə haqsız qərar gözləmədiklərini bildiriblər. Beşiktaş tərəfi qərar etiraz olaraq oyuna çıxmaya bilər. Bu gün prezident Fikrət Orman idarə heyəti ilə görüşəcək. Yekun qərar bu görüşdə veriləcək.

Beşiktaş oyuna çıxmaqdan imtina etsə, texniki məğlubiyyət alacaq. 

Qeyd edək ki, Fenerbahçe - Beşiktaş görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən Beşiktaş-ın ehtiyat qapıçısı Tolga Zenginlə Fenerbahçe-lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.