Üzərində 20 min manat olan şirkət xəzinədarına hücum olub, ona 14 bıçaq zərbəsi vurulub - YENİLƏNİB


Sosial 26 Apr 2018 10:16:00 246 0

Üzərində 20 min manat olan şirkət xəzinədarına hücum olub, ona 14 bıçaq zərbəsi vurulub - YENİLƏNİB

Hadisə qarət məqsədi ilə törədilib

Bakının Yasamal rayonu, Naxçıvani küçəsində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə zamanı bıçaqlanan 1989-cu il təvəllüdlü Tərxan Namazov “ZD Travel” şirkətinin xəzinədarıdır. Naməlum şəxs onu bıçaqlayıb vəüzərində olan 20 min manat pulu götürərək qaçmağa cəhd edib, lakin buna nail ola bilməyib.

14 bıçaq yarası almış T.Namazov ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə zamanı T.Namazovun üzərində olan 20 min manat şirkətə məxsus olub.

25 aprel, saat 23:54

Bakı. 25 aprel.