Bakıda daha bir metro stansiyası istifadəyə verilə bilər


Digərləri 26 Apr 2018 10:15:00 260 0

Bakıda daha bir metro stansiyası istifadəyə verilə bilər

Prezident İlham Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinin sürətləndiriləcəyini və stansiyaların sayının artırılacağını bildirib.

Son.az xəbər verir ki, görüləcək işlərlə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hazırda bir neçə metro stansiyasının tikintisi davam etdirilir: "Hazırda paytaxtın Ceyhun Səlimov küçəsindəki "Bənövşəyi xətt" üzrə şərti adı "B3" olan metro stansiyası, "Xocahəsən" Elektrik Deposu, "Avtovağzal" stansiyasından "Xocahəsən" Elektrik Deposuna gedən tunel və "Həzi Aslanov-2" stansiyasında tikinti işləri davam etdirilir. Bu stansiyalardan ən birinci "B3" stansiyası istifadəyə veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq".

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, stansiyanın bu il istifadəyə verilməsi gözlənilmir: "Ən birinci açacağımız "B3" metro stansiyasının bu il istifadəyə verilməsi gözlənilmir. Əgər işlər qaydasında davam edərsə, stansiya gələn il istifadəyə verilə bilər".