Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər (ÖZƏL)


Digərləri 26 Apr 2018 10:07:00 202 0

Bakıda gələn il daha bir metro stansiyası istifadəyə verilə bilər (ÖZƏL)

Prezident İlham Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinin sürətləndiriləcəyini və stansiyaların sayının artırılacağını bildirib.

Bakı. Samir Əli - Prezident İlham Əliyev son müşavirədə Bakıda metro stansiyalarının tikintisinin sürətləndiriləcəyini və stansiyaların sayının artırılacağını bildirib. Görüləcək işlərlə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev özəl olaraq Trend-ə bildirib ki, hazırda bir neçə metro stansiyasının tikintisi davam etdirilir: "Hazırda paytaxtın Ceyhun Səlimov küçəsindəki "Bənövşəyi xətt" üzrə şərti adı "B3" olan metro stansiyası, "Xocahəsən" Elektrik Deposu, "Avtovağzal" stansiyasından "Xocahəsən" Elektrik Deposuna gedən tunel və "Həzi Aslanov-2" stansiyasında tikinti işləri davam etdirilir. Bu stansiyalardan ən birinci "B3" stansiyası istifadəyə veriləcək. Stansiyada 3 lift və 17 müasir tipli eskalator quraşdırılacaq".