Avropa Liqasında yarımfinalın ilk oyunları keçiriləcək


İdman 26 Apr 2018 09:44:00 259 0

Avropa Liqasında yarımfinalın ilk oyunları keçiriləcək

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, Londonda Arsenal Atletico'nu qəbul edəcək.

Meydan sahibləri Arsen Vengerin komandaya rəhbərlik etdiyi 1996-cı ildən bəri avrokuboklarda titul qazana bilməyiblər. Londonlular 18 il öncə UEFA Kuboku adlanan turnirdə zəfərə çox yaxın olsalar da, finalda Türkiyə təmsilçisi Galatasarayə'a penaltilər seriyasında uduzublar. Atletico isə 2010 və 2012-ci illərdə Avropa Liqasının qalibi olub.

Günün digər qarşılaşması Fransada Marseille ilə Avstriya təmsilçisi Zalsburg arasında baş tutacaq. Meydan sahibləri daha əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə finalda uduzublar. Qonaqlar isə 1994-cü ildə oxşar aqibəti yaşayıblar.

Avropa Liqası, yarımfinal, ilk oyunlar

23:05. Arsenal (İngiltərə) – Atletico (İspaniya)

Baş hakim: Kleman Türpen (Fransa)

23:05. Marseille (İngiltərə) – Zalsburg (Avstriya)

Baş hakim: Uilyam Kollam (Şotlandiya)