2 medal, 1 Olimpiya lisenziyası


İdman 26 Apr 2018 09:32:00 260 0

2 medal, 1 Olimpiya lisenziyası

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

Goal.az xəbər verir ki, Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) Avropa çempionu tituluna yiyələnib. Həmyerlimiz gərgin keçən final döyüşündə hollandiyalı Peer van Cası 3:2 (29:28, 29:28, 27:30, 29:28, 27:30) hesabı ilə məğlub edib. Bu qələbə boksçumuza qızıl medall

a yanaşı, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya da qazandırıb.

Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənov isə ikinci yerlə kifayətlənib. O, finalda rusiyalı Cambulat Bijamova 0:5 (27:30, 28:20, 27:30, 27:30, 27:30) hesabı ilə məğlub olub.

Ölkəmiz 1 qızıl və 1 gümüş medalla oğlanlardan ibarət yığmaların komanda hesabında 6-cı yeri tutub.