Bakıda Formula 1 yarışları zamanı radiotezliklərin qorunması gücləndirilib


Digərləri 26 Apr 2018 09:05:00 206 0

Bakıda Formula 1 yarışları zamanı radiotezliklərin qorunması gücləndirilib

Bakıda qarşıdan gələn Formula 1 Azərbaycan Qaran Prisi yarışları ilə əlaqədar radiotezliklərin qorunması gücləndirilib.

Bakı. Hüseyn Vəliyev - Bakıda qarşıdan gələn Formula 1 Azərbaycan Qaran Prisi yarışları ilə əlaqədar radiotezliklərin qorunması gücləndirilib. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib. Bildirilib ki, yarışların keçəcəyi yerlərdə radiomonitorinq şöbəsi tərəfindən radioelektrik avadanlıqların və onların parametrlərinin yoxlanılması keçirilir. Mənbə qeyd edib ki, tezliklərə təsir göstərən və problemlər yaradan simsiz qurğulardır. Bu səbəbdən yarışlar zamanı bütün istifadə olunan avadanlıqlar dəqiq yoxlanılacaq.