Ötən rüb “YouTube”dan 8,3 milyon video silinib


Digərləri 26 Apr 2018 08:46:00 205 0

Ötən rüb “YouTube”dan 8,3 milyon video silinib

Ötən ilin sonuncu üç ayı ərzində "YouTube"dan 8,3 milyon video çarx silinib.

Son.az lent.az-a istinadən xəbər verir ki, əksər video çarxlar ekstremizmi təbliğ edən, qadağan edilmiş kontentə malik və ya adi spam olublar.

"Google" əsas vurğunu ona edib ki, yüklənmədən dərhal sonra 6,7 milyon ədəd video çarx müəyyən edilib və kompüter sistemi tərəfindən blok edilib. Bu video çarxların 76 faizi ilk izləməyə qədər artıq silinib.