Həftə ərzində QLONASSın 2 peyki sıradan çıxıb


Digərləri 26 Apr 2018 08:15:00 225 0

Həftə ərzində QLONASSın 2 peyki sıradan çıxıb

Bir həftə ərzində Rusiyanın qlobal peyk naviqasiya sisteminin (QLONASS-M) ikinci peyki siqnal verməyi dayandırıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, 723 saylı kosmik aparat əlaqəyə çıxmır. Bundan əvvəl - aprelin 19-da isə 734 saylı aparat sıradan çıxmışdı. Hazırda orbitdə QLONASS-M sisteminin 22 ədəd peyki fəaliyyət göstərir. Qlobal əhatə üçün 24, Rusiya üçün isə 18 peyk tələb olunur.

Aprelin 19-da sıradan çıxmış peyki əvəz etmək üçün yayda yeni, 756 saylı peyk buraxılacağı açıqlanmışdı.