Çernobıl AESdə baş verən qəzadan 32 il ötür


Dünya 26 Apr 2018 08:02:00 191 0

Çernobıl AESdə baş verən qəzadan 32 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 32 il ötür.

Son.az "Report"a istinadən bildirir ki, qəza 1986-cı il aprelin 26-da olub.

XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Hadisə nəticəsində 7 minə yaxın insan həyatını dəyişib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb.

Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan 115 mindən çox insan köçürülüb. Ümumilikdə, 586 min nəfər radioaktiv təsirə məruz qalıb. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır.