Ötən rüb “Google” 27 milyard dollar qazanıb


Digərləri 26 Apr 2018 08:05:00 308 0

Ötən rüb “Google” 27 milyard dollar qazanıb

"Alphabet" şirkəti bu ilin birinci rübünün fəaliyyətinin nəticələri barədə hesabatını açıqlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, şirkət bildirib ki, gəlirlərinin həcmi 31,1 milyard dollar təşkil edib.

2017-ci ilin birinci rübündə şirkətin dövriyyəsi 24,7 milyard dollar olub ki, bu son bir ildə gəlirlərinin artımı 26 faiz təşkil edir. "Alphabet"in gəlirlərinin böyük hissəsi törəmə şirkəti olan "Google"un payına düşüb. Bu müddət ərzində şirkət 26,6 milyard dollar qazanc əldə edib ki, bu da daha əvvəlki illə müqayisədə 5,5 milyard dollar çoxdur.