Madam Tüsso muzeyində Melanya Trampın heykəli qoyulub


Digərləri 26 Apr 2018 06:09:33 188 0

Madam Tüsso muzeyində Melanya Trampın heykəli qoyulub

Heykəl muzeyin Nyu-Yorkda yerləşən bölməsində sərgilənir

Madam Tüssonun Nyu-Yorkda yerləşən muzeyində ABŞ-ın birinci xanımı Melanya Trampın mumdan hazırlanmış heykəli qoyulub.

“Report” xəbər verir ki, bu barədə məlumat muzeyin saytına yerləşdirilib.

Bildirilir ki, o, Amerika prezidenti Donald Trampın mum heykəlinin yanına qoyulub.

Yenilənmiş ekspozisiyaların ilk ziyarətçilərindən biri Ağ evin keçmiş mətbuat katibi Şon Spayser olub.