"CinemaPlus Gənclik Mall"da "Ol” filminin qalası keçirilib - FOTO


Digərləri 26 Apr 2018 01:01:07 163 0

"CinemaPlus Gənclik Mall"da "Ol” filminin qalası keçirilib - FOTO

Ekran əsəri dram və komediya janrındadır

Azərbaycanın premium kinoteatrı "CinemaPlus Gənclik Mall"da dram və komediya janrında olan "Ol” filminin qalası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə filmdə rol alan aktyorlarla yanaşı tanınmış türk aktyoru Tuncer Salman, incəsənət nümayəndələri, dəvət olunan qonaqlar və media nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən əvvəl foyedə qonaqlar üçün furşet təşkil olunub.

Xronometrajı 70 dəqiqə olan filmin rejissoru Namiq Ağayevdir.

Filmdə rolları Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva, Svetlana Həşimova ifa ediblər.

Film ssenarist və rejissor olan iki qardaşdan bəhs edir. Uğursuz premyera gecəsindən sonra, sponsorlar tərəfindən döyülən və küçəyə atılan qardaşlar evə gedirlər.Yolda qarşılarına özləri kimi döyülmüş, təhqir edilmiş qız çıxır. Alicənab qəhrəmanlar dələduzların qurbanı olan qızı darda qoymadan onu da evə aparırlar. Özlərinə gəldikdən sonra, bu xanımın varlığından ilhamlanıb yeni ssenari yazmağa başlayırlar. Təsadüf nəticəsində tanış olduqları qızcığaz onların yeni ssenarisində şəhzadə qıza çevrilir. Qələmə aldıqları ssenari lentə köçmədən öncə həyatda canlanmağa başlayır. Sürətlə inkişaf edən hadisələr yazılanları qabaqlayır və təhlükəli vəziyyətlər yaranır.

Film aprelin 26-dan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.