Bakıda ofisə basqın zamanı gənc oğlana 14 bıçaq zərbəsi vurulub


Sosial 25 Apr 2018 23:54:04 255 0

Bakıda ofisə basqın zamanı gənc oğlana 14 bıçaq zərbəsi vurulub

Hadisə qarət məqsədi ilə törədilib

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Naxçıvani küçəsi, 15 ünvanında yerləşən ofisə qarət məqsədi ilə edilən basqın zamanı qeydə alınıb.

Maskalı şəxs ofisə daxil olaraq oradakı seyfdən pulları aparmaq istəyib. Bu zaman onun qarşısına 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğlu çıxıb və onun bu əməlinin qarşısınıa alarkən, naməlum şəxs ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Naməlum şəxs hadisə yerindən qaçıb. Yaralı çoxlu qan itirib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.