Dünyanı real zamanda izləmək üçün orbital şəbəkə yaradılır


Digərləri 25 Apr 2018 22:41:00 269 0

Dünyanı real zamanda izləmək üçün orbital şəbəkə yaradılır

"EarthNow" şirkəti orbitdən dünyanın istənilən nöqtəsinin şəklini çəkmək və saniyələr ərzində onun videosunu təqdim etmək imkanına malik olacaq. Planetin hər yerində real zamanda nə baş verdiyini faktiki izləmək mümkün olacaq.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, vəsaitlər real zamanda Yer kürəsini müşahidə etmək üçün innovativ və unikal xidmət təminatı üzrə sistemin layihəsinin təkmilləşdirilməsinə yönəldilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qreq Vaylerin "OneWeb" şirkəti artıq siqnalın ötürülməsi zamanı son dərəcə aşağı ləngiməyə malik peykləri kosmosa buraxıb. Onun hədəfi isə artıq 2020-ci ilə genişzolaqlı formatda peyklərin tam şəbəkəsinin yaradılmasıdır. "EarthNow" şirkəti "OneWeb"in texnologiyasının təkmilləşdirilmiş versiyasından istifadə edəcək.