Ermənistanda müxalifətçilər etiraz aksiyalarını davam etdirəcək


Dünya 25 Apr 2018 22:44:00 233 0

Ermənistanda müxalifətçilər etiraz aksiyalarını davam etdirəcək

Aprelin 26-da Ermənistanda etiraz aksiyaları davam etdiriləcək.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə bu gün İrəvanda keçirilən mitinqdə "Vətəndaş sazişi" partiyasının lideri Nikol Paşinyan bildirib.

O, ölkə vətəndaşlarını tətilə, tələbələri isə təhsil ocaqlarına getməməyə çağırıb: "Bir addım qalıb - biz bu məsələni bitirəcəyik". N.Paşinyan bildirib ki, sabah etirazçılar tərəfindən ölkə ərazisində yolların, körpülərin blokadaya alınması davam edəcək.