İrəvan barıt çəlləyini xatırladır Xalq ayağa qalxıb VİDEO


Dünya 25 Apr 2018 22:29:00 260 0

İrəvan barıt çəlləyini xatırladır  Xalq ayağa qalxıb  VİDEO

Son.az bildirir ki, İrəvan barıt çəlləyini xatırladır. Serj Sarkisyan istefa versə də, erməni xalqı etirazları davam etdirir. Etirazçılar " Karen, Serjin yanına get!", "Nikol - baş nazir" kimi şüarlar səsləndirirlər.

Bölgələrdən yüzlərlə maşın paytaxt İrəvana doğru yola çıxıb. Görüntülərdə təkcə Aparan kəndindən İrəvana gələn etirazçılardır. Məqsəd birdir-Karen Karapetyan başda olmaqla bütün nazirlər postlarını tərk etməli, ölkədə yeni hökümət qurulmalıdır.

Aksiyalara rəhbərlik edən Nikol Paşinyan bəyan edib ki, Respublikaçılar Partiyası hakimiyyətdə qaldığı müddətdə etiraz aksiyalarını davam etdirəcəklər. Müxalifət lideri bildirib ki, ''Hakim partiyanın Sarkisyanı qurban verməklə hakimiyyəti saxlamağa cəhd etdiyini düşünmək üçün bütün əsaslarımız var".

Paşinyanın tərəfdarları hava limanına gedən yolu və nəqliyyatın intensiv işlədiyi magistralı nəzarət altına alıblar. Sərnişinlər hava limanına piyada getmək məcburiyyətində qalıblar. Artıq idmançılar da ölkənin Olimpiya Komitəsinin binası qarşısından etirazçıların yürüşünə qatılıblar. Ermənistanın idman və gənclərlə iş üzrə nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verərək etiraz aksiyalarına qoşulub. O, "Daşnaksütyun" partiyasında və digər təşkilatlarda olan həmkarlarını da xalqa qoşulmağa çağırıb.