Mənzil hüquqlarının pozulması ilə bağlı şikayətlər var VİDEO


Digərləri 25 Apr 2018 22:20:00 288 0

Mənzil hüquqlarının pozulması ilə bağlı şikayətlər var  VİDEO

Ötən il vətəndaşların mənzil hüquqlarının pozulması ilə bağlı Ombudsman Aparatına 587 müraciət daxil olub.

Son.az bildirir ki, müraciətlər arasında bəzi kommunal normativlərin, xüsusilə binaların saxlanılması xərclərinin müəyyən edilməsi zamanı sakinlərlə müqavilələrin bağlanılmaması, ya da müqaviləyə zidd tələblərin irəli sürülməsi əsas yerlərdən birini tutur.

Məlumdur ki, çoxmərtəbəli yaşayış binalarında əsas kommunal xərclərlə yanaşı binanın saxlanması üçün, daha dəqiq desək ərazinin təmizliyi, binaların təmiri, işıqlandırılması, mühafizə xidmətinin təşkili və digər işlər üçün xərclər nəzərdə tutulur. Müşahidələrə əsasən sözügedən xərclər MTK-lar tərəfindən əsaslandırılmadan tələb edilir, ya da ödənişlərə uyğun xidmət təşkil edilmir.

Əmlak məsələləri üzrə ekspert İslah Kərimov deyir ki, binanın saxlanılması xərclərinin müəyyən dövrdən sonra MTK-lar tərəfindən yığılması da qanunvericiliyə ziddidir.