Kartof yığımı başlanıb Qiymət Bakı bazarlarından 23 dəfə ucuzdur VİDEO


Digərləri 25 Apr 2018 21:57:00 271 0

Kartof yığımı başlanıb  Qiymət Bakı bazarlarından 23 dəfə ucuzdur  VİDEO

Cəlilabadda istixana şəraitində yetişən kartofun yığımına başlanıb.

Son.az bildirir ki, ilk vaxtlar qiymətlər yaxşı olsa da son günlərdə məhsulun sürətlə ucuzlaşması kəndliləri narahat edib. Onların sözlərinə görə, məhsuldarlıq ötən illə müqayisədə xeyli yüksək olsa da qiymətlər müəyyən işbazlar tərəfindən süni şəkildə aşağı salınır.

Məhsulun ixracını həyata keçirən həmin şəxslər hər kənddə məhsulun çox və az olmasına görə fərqli qiymətə qəbul edirlər. Ən aşagı qiymət isə kartofun daha çox əkildiyi Maşlıq kəndində müşhidə olunur. Bu kənddə bir kq kartof 50 qəpiyə alınır.

Kəndlilərin sözlərinə görə, qiymətin aşağa düşməsi Rusiyada kartofun qiymətlərin ucuz olması ilə əlaqələndirilsə də, bu, əslində belə deyil. Məlum olub ki, kəndlilərdən ucuz qiymətə alınan kartof xarici bazarda buradakından azı 2 dəfə baha qiymətə satılır.