AzərbaycanTürkiyə əlaqələri daha da genişlənir VİDEO


Siyasət 25 Apr 2018 21:39:00 223 0

AzərbaycanTürkiyə əlaqələri daha da genişlənir  VİDEO

Son.az vildirir ki, hər dəfə seçkidən sonra ilk səfərin qardaş ölkəyə edilməsi ənənəsi rəmzi olduğu qədər də böyük siyasi məna daşıyır. Bu, diplomatik aləmdə daimi dəyişməz müttəfiqlik anlamına gəlir.

Millət vəkili Musa Qasımlı deyir ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər dünyada bənzəri olmayan ən yaxın əməkdaşlıq və dostluq formatıdır. Bu səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlərin siyahısına nəzər saldıqda əməkdaşlıq üçün yeni üfüqlərin açıldığını görmək olar.

Musa Qasımlı bildirir ki, xüsusi diqqət yetirilməli məsələlərdən biri də preferensial ticarət sazişinin imzalanması işlərinə başlanılması məsələsi xüsusi yer tutur. Bu, iki ölkə arasında olan ticarət dövriyyəsinin genişlənməsi ilə nəticələnəcək. Ticarətin milli valyutalarla aparılması məsələsinin müzakirəsi də böyük önəm daşıyır.

Ən mühüm məsələlərdən biri də hərbi sahədə əməkdaşlığın genişlənməsi, habelə müdafiə sənayesi ilə bağlı əməkdaşlıqdır.

Millət vəkili hesab edir ki, Türkiyənin müdafiə sənayesi kifayət qədər inkişaf edib. Bu sahədə əməkdaşlıq Azərbaycanın da müdafiə sənayesinin inkişafına böyük təkan olmaqla yanaşı, Ordunun maddi-texniki təminatında keyfiyyətin daha da artması ilə nəticələnəcək.

Onun sözlərinə görə, səfərin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, regionda baş verən mürəkkəb siyasi hadisələrə və gərginliklərin fonunda hər iki lider ölkələrinin qətiyyətli mövqeyini nümayiş etdirdilər. Azərbaycan-Türkiyə münasibətlərinin hər cür siyasi təlatümlərin və oyunların fövqündə dayandığını bütün dünayaya göstərdilər. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: