Saçların ağarması nə ilə əlaqədardır?


Digərləri 25 Apr 2018 21:42:00 239 0

Saçların ağarması nə ilə əlaqədardır?

Bəzən saçların ağarması qocalmanın siqnalı kimi qəbul edilir. Bu, nə dərəcədə doğrudur? Əvvəlcədən bunun normal təbii proses olduğunu qəbul etmək lazımdır. Bu proses gec və ya tez hər kəsdə baş verir. Lakin saçlarda ilk ağ tüklərin 30-35 yaşlarında görünməsi normal hal hesab edilir. 50 yaşlarında isə həmin prosesin sürətlənməsi müşahidə olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dermatoloqlar saçların tez ağarmasını müxtəlif səbəblərlə izah edirlər. Bu, həm irsi, həm də əsəb, stress və depressiya problemlərindən yarana bilər. Saçların ağarması dəri xəstəliyi - dəmrov və s. nəticəsində də baş verir.

Melanin piqmentinin az və ya çoxluğundan asılı olaraq saçlar şabalıdı, kürən və qara rənglərdə olur. Saçların ağarmasına da həmin piqmentin çatışmazlığı səbəb olur, yəni yaş ötdükcə piqmentlərin sayı azalır. Ağarma prosesi irsi olmayan faktorla bağlı olanda dəridə müxtəlif xəstəliklər fonunda baş verir. Dermatoloq və trixoloqların fikrincə, orqanizmdə və ya qanda hansısa element çatışmayanda ya melanin istehsal olunmur, ya da az istehsal olunur. Melanin tük follikuluna çatmayanda da həmin proses baş verir. Sink, selen və digər mikroelementlərinin çatışmaması, qanda anemiya olması da ağarmaya səbəb olur.