Bakının bu hissələrində sabah qaz olmayacaq


Digərləri 25 Apr 2018 20:20:00 223 0

Bakının bu hissələrində sabah qaz olmayacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315,159 və 108mm-lik polietilen qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, aprelin 26-da saat 10:00-dan təmir işlər tamamlananadək Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.