Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi


Digərləri 25 Apr 2018 19:42:00 211 0

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən report-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə müvafiq olaraq Konstitusiya Məhkəməsi Plenumunun mayın 11-nə təyin edilmiş iclasında baxılacaq.