Məmmədyarov çinli şahmatçı ilə yenə bacarmadı


İdman 25 Apr 2018 18:18:00 255 0

Məmmədyarov çinli şahmatçı ilə yenə bacarmadı

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün VI turun görüşləri keçirilir.

Goal.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov qara fiqurlarla çinli şahmatçı Dinq Lirenlə qarşılaşıb. Görüş 49-cu gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. 

Eyni nəticə Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) görüşündə də qeydə alınıb. 

Hollandiyalı şahmatçı Aniş Giri isə çexiyalı David Navaranı məğlub edib  - 1:0.