Sürücülərin DİQƏTİNƏ: Benzini qarışdırma bu fəsadlara yol açır! VİDEO FOTO


Digərləri 25 Apr 2018 17:41:00 304 0

Sürücülərin DİQƏTİNƏ: Benzini qarışdırma bu fəsadlara yol açır!  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində benzini qarışdırıb-qarışdırmamaq haqda sujet efirə gedib.

Bəzən avtomobil alan sürücülər onun texniki göstəricilərinə deyil, istehsal olunduğu ilə daha çox önəm verir. Məlum olduğu kimi istehsal ili yeni olan avtomobillərin əksəriyyəti "Aİ 92" ilə müqayisədə baha olan "Aİ 95" və ya premium oktanlı benzin ilə işləyir. İlk vaxtlar bəzi sürücülər bu məqama diqqət etsələr də sonradan büdclərinə qənaət etmək məqsədi ilə avtomobilə "Aİ 92" və "Aİ 95" oktanlı benzinləri qarışırdıraraq tökür. Bununla sürücülər kompromis əldə etməyə çalışır.

Elə sürücülər də var ki, mühərriki təmizləmək məqsədi ilə müxtəlif növlü yanacaqları qarışdırır. Misal üçün "Aİ 92" ilə çalışan nəqliyyat vasitəsinə "Aİ 95" markalı benzin tökür və mühərrikin təmizlənəcəyini düşünür.

Vüsal Nəbiyev (usta): "Proqramlar 95-ə görə yazılıb. Biz onu qarışdıranda maşında bəzi hissələr sıradan çıxır".

Yanacaq növünün aşağı keyfiyyətlisi ilə əvəz edilməsi də yol verilməzdir. Nəticədə az yanma olur, avtomobilin gücü azalır və ən əsası, mühərrikindən çıxan tullantı qazlarında zərərli maddələrin miqdarı artır.


Xəbərə aid foto