Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq


Digərləri 25 Apr 2018 17:36:00 227 0

Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Məhdudlaşdırma 2 gün ərzində qüvvədə olacaq.

Bakı. Samir Əli - Aparılan təmir işləri ilə əlaqədar olaraq 26 aprel tarixində gecə saatlarında Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətlik məhdudlaşdırılacaq. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məhdudlaşdırma 2 gün ərzində qüvvədə olacaq.