Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verilə bilər VİDEO FOTO


Digərləri 25 Apr 2018 17:21:00 260 0

Bu şəxslərə hərbi xidmətdən möhlət hüququ verilə bilər  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində ali məktəbə qəbul olmayan gənclərə hərbi xidmətdən möhlət verilməsi ilə bağlı maraqlı sujet yayımlanıb.

Ali məktəbə qəbul ola bilməyən gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər. Ancaq hələki bu mexanizim üzərində iş gedir. Təhsil haqqında qanuna edilən dəyişikliyə görə universitetlərin nəzdində bu il hazırlıq qurupları yaradılacaq. Bu quruplarda ali məktəblərə imtahan zamanı keçid balını toplamayan abituriyentlər müəyyən məbləği ödəməklə yenidən hazırlaşa bilər. Burada ortaya çıxan məsələ isə həmin quruplarda oxuyan oğlanların hərbi xidmətə çağırılıb çağırlmaması məsələsidir.

Aydın Mirzəzadə - Millət vəkili: "Bu gün fikir həmin gənclərə möhlət hüququnun verilməsidir. Detallar götür-qoy ediləndən sonra Milli Məclisin müzakirəsinə veriləcək".

Təklif edilən qanun qüvvəyə minərsə, bu cəmiyyətdə daha çox təhsilli gəncin olması deməkdir. Reallıq isə onu deyr ki, hərbi xidmətdən qayıdan gənc çox nadir hallarda təhsil almaq fikrində olur. Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, qanun qəbul olunandan sonra ali təhsil sektorunda xüsusi canlanma baş verəcək:

"Bunu etməklə daha çox gənc təhsil alacaq. Bu və ya digər yollarla xarici universitetlərdə oxuyan gənclərin problemləri aradan qalxacaq".

Kursların təşkili bütün universitetlər də olmayacaq. illkin mərhələdə bu özəl ali təhsil müəssələrində qəbul planı tam dolmamış ixtisaslar üçün yaradılması nəzərdə tutulur. Ekspertlər hazırlıq kurslarının təşkilini cəmiyyətdə ədalət prinsipinin pozulmasına gətirib çıxacağını düşünür. Təhsil üzrə ekspert Elvin bədirli hazırlıq qurupunda oxuyacaq oğlanlara möhlət hüququnun verilməsini bu kurslara marağın artırılmasına xidmət etdiyini deyir.


Xəbərə aid foto