Ev sahibini öldürüb həyat yoldaşına xəsarət yetirən şəxsin məhkəməsi başladı


Digərləri 25 Apr 2018 17:17:00 221 0

Ev sahibini öldürüb həyat yoldaşına xəsarət yetirən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda oğurluq və qətl törətməkdə təqsirli bilinən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Məhkəmədə ifadə verən Maqsud Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və törətdiyi cinayəti etiraf edib.

Daha sonra zərərçəkmişin hüquqi varisi və şahidlər ifadə verib.

Növbəti proses mayın 2-də davam edəcək.