Sarayda evə basqın edib kişini öldürən və arvadını yaralayan şəxsin məhkəmə istintaqı başa çatıb


Sosial 25 Apr 2018 16:53:23 250 0

Sarayda evə basqın edib kişini öldürən və arvadını yaralayan şəxsin məhkəmə istintaqı başa çatıb

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Maqsud Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə M.Əliyev özünü təqsirli bilib, törətdiyi cinayəti etiraf edib.

Daha sonra zərərçəkmişin hüquqi varisi və şahidlər ifadə verib.

İclasda məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Abşeron rayonunun Saray qəsəbəsi, “Üzümlük” adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidə Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.

Z.Sərxanova xəstəxanaya yerləşdirilib.

Abşeron rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin rayon sakini, 1974-cü il təvəllüdlü Maqsud Şiri oğlu Əliyev tərəfindən törədilməsi müəyyən edilib, və o saxlanılıb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.