İndoneziyada neft quyusunda baş verən yanğın zamanı ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB-2


Dünya 25 Apr 2018 16:00:00 236 0

İndoneziyada neft quyusunda baş verən yanğın zamanı ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB-2

Yanğın hələ tam söndürülməyib

İndoneziyada qeyri-qanuni neft quyusunda baş verən yanğın zamanı ölənlərin sayı 15-ə çatıb, daha 43 nəfər isə yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallarla Mübarizə Agentliyindən bildiriblər.

"Yanğın söndürülmədiyindən ölənlərin sayı barədə məlumat toplamaqda davam edirik", - qurumdan vurğulayıblar.

Yanğınsöndürmə prosesinə yanğınsöndürənlər, ordu, polis və könüllülər cəlb olunub. Quyunun yaxınlığında yerləşən yaşayış məntəqəsinin sakinləri təxliyyə olunub.

***11:33

İndoneziyada qeyri-qanuni neft quyusunda baş verən yanğın nəticəsində azı 10 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə RT AFP-yə istinadən məlumat verib.

Qeyd olunur ki, yanğın həmçinin üç evi tam külə döndərib vəhələ də söndürülməyib.

Agentliyin məlumatına görə, hadisə nəticəsində neft sızması baş verib. Sızmanın miqyası mütəxəssislər tərəfindən qiymətləndirilir.

Polis ölənlərin sayının yaxın vaxtlarda artacağını düşünür. Hazırda yanğının səbəbi dəqiq bilinmir.

***06:41

İndoneziyada neft quyusunda yanğın olub.

"Report" xəbər verir ki, bu barədə "CNN Indonesia" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Açex vilayətində qeydə alınıb. Yanğın qeyri-leqal neft quyusundabaş verib.

"Daily Star"ın məlumatına görə isə hadisə nəticəsində 10 nəfər ölüb. Habelə onlarla insan xəsarət alıb. Hadisə zamanı həmçinin 3 ev yanıb.

Yanğının başvermə səbəbləri araşdırılır.