Pulsuz tibbi müayinələr zamanı əhalidə aşkarlanan xəstəliklər açıqlandı


Digərləri 25 Apr 2018 16:24:00 265 0

Pulsuz tibbi müayinələr zamanı əhalidə aşkarlanan xəstəliklər açıqlandı

Fevralın 12-dən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi prosesi davam edir.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2 ay ərzində 1 912 405 nəfər tibbi müayinələrdən yararlanıb. Onlardan 919 075 nəfər kişi, 993 330 nəfəri isə qadındır.

Əhalinin sağlamlaşdırılması və profilaktikası məqsədi ilə həyata keçirilən müayinələr zamanı infeksion, qan və qanyaradıcı xəstəliklər, endokrin, psixi və davranış pozuntuları, əsəb xəstəlikləri, göz xəstəlikləri, eşitmə pozğunluqları, qan dövranı xəstəlikləri və tənəffüs xəstəlikləri kimi müxtəlif xəstəliklər aşkarlanaraq müalicələrə cəlb edilib.

Eyni zamanda 13 298 nəfərdə həzm sistemi xəstəlikləri, 3615 nəfərdə dəri, 4396 nəfərdə sümük-əzələ və s. xəstəlikləri qeydə alınıb.