Barcelona Real-ın yetirməsi ilə maraqlanır


İdman 25 Apr 2018 16:29:00 259 0

Barcelona Real-ın yetirməsi ilə maraqlanır

Chelsea-nin müdafiəçisi Markos Alonso Barcelona-nın maraq dairəsinə düşüb. Goal.az xəbər verir ki, 27 yaşlı futbolçu Jerar Pikenin əvəzləyicisi kimi nəzərdən keçirilir. Katalon klubu Alonso ilə uzunmüddətli müqavilə imzalamaq istəyir. "Zadəganlar" isə 2021-ci ilə qədər müqaviləsi olan müdafiəçini buraxmaq niyyətində deyil.

Alonso "Real" akademiyasının yetirməsidir. O, Fiorentina-da müdafiənin mərkəzində oynasa da, Chelsea-nin baş məşqçisi Antonio Konte onu cinaha keçirmişdi.