Viera: "Avropada istənilən klubda çalışmağa hazıram"


İdman 25 Apr 2018 16:09:00 269 0

Viera: "Avropada istənilən klubda çalışmağa hazıram"

New York City klubunun baş məşqçisi Patrik Vieranın adı Arsenal-la hallanır. Mövsümün sonunda "topçular"da 22 illik fəaliyyətinə son qoyacaq Arsen Venqerin xələfi olaraq həmyerlisi Viera göstərilir. Goal.az xəbər verir ki, gənc mütəxəsis "The Times" nəşrinə açıqlamasında rəsmi təklif almadığını, amma Avropada işləməyə hazır olduğunu deyib.

"Söz-söhbətlərdən xəbərim var. Adımın Arsenal kimi klubla hallanması xoş xəbərdir. Düzü, bu yazılar indiki işimə heç bir təsir göstərmir. Arsenal-da 9 il oynamışam, bu klubu sevirəm.

Əlbəttə, komandanın məşqçisi olmaq üçün bacarıq olmalıdır. Hiss edirəm ki, artıq Avropada istənilən klubda çalışmağa hazıram. Bu sözümün New York City-dən getməyə işarə kimi yozulmasını istəmirəm. Amma məşqçilik təcrübəmi Avropa üçün yetərli sayıram. Hər birimiz nə vaxtsa qitənin ən güclü klublarında çalışmaq istəyirik. Futbolçunun da məqsədi böyük klubda oynamaqdır. Təklif yayda gəlsə, qərar vermək çətin olacaq. Çünki həmin vaxt MLS-də mövsümün ortası olacaq. Son qərarı rəhbərlik verəcək, klubla müqaviləm var2.