Ərdoğan: "Türkiyə Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək"


Siyasət 25 Apr 2018 15:40:11 272 0

Ərdoğan: "Türkiyə Qarabağ məsələsində Azərbaycana dəstəyini davam etdirəcək"

"Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyəni dəstəkləyib"

"Biz Dağlıq Qarabağ problemini öz problemimiz bilirik və Türkiyə bu məsələdə Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək”.

"Report“ xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Biz ortaq mövqeyimizi Qarabağda da, Afrində də nümayiş etdirmişik", - Türkiyə prezidenti vurğulayıb.

R.T.Ərdoğan qeyd edib ki,Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyəni dəstəkləyib.