Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)


Digərləri 25 Apr 2018 15:32:00 219 0

Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

“Qloballaşan dünyanın siyasi-hüquqi həyatında əxlaqi dəyərlərin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Bakı. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Qloballaşan dünyanın siyasi-hüquqi həyatında əxlaqi dəyərlərin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransda Polis Akademiyasının, Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor-müəllim heyəti, tələbə və kursantlar iştirak ediblər. Konfransı giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qətiyyəti, cəsarəti, eləcə də, çoxşaxəli fəaliyyəti ilə böyük bir məktəb yaratdığını, zəngin irs qoyduğunu qeyd edərək bu tədbirin əhəmiyyətindən danışıb. Sonra ümummilli lider Heydər Əliyevin həyatı ilə bağlı “Dahi şəxsiyyət” adlı videoçarx nümayiş etdirilib. Polis Akademiyasının rəisinin tədris və elmi işlər üzrə müavini, polis polkovniki, hüquq elmləri doktoru, professor Mahir Əhmədov çıxışında zaman keçdikcə Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsinin öyrənilməsinin bir zərurətə çevrildiyini bildirib. Qeyd edib ki, ümummilli lideri bu zirvəyə yüksəldən, yüz illər bundan sonra da xatırlanacaq siyasi keyfiyyət əlbəttə ki, siyasətçinin rəhbər tutmalı olduğu siyasi əxlaq, siyasi davranış nümunəsidir. Müasir qloballaşan dünyada da siyasətdə əxlaqi dəyərlərin gözlənilməsi, insan hüquqlarının qorunması, siyasətin sosial yönümlülüyü, siyasi-hüquqi həyatda demokratik prinsiplərin təsbiti və cəmiyyətin hüquqi əsaslarının möhkəmlənməsi üçün zəruri şərtdir. Bu baxımdan idarə edənlər həmişə siyasi norma, qanun və əxlaqi dəyərlərə əsaslanaraq rəhbərlik etməyə borcludurlar.