Türkiyədə 14 terrorçu saxlanıldı


Dünya 25 Apr 2018 15:26:00 217 0

Türkiyədə 14 terrorçu saxlanıldı

İstanbulda həyata keçirilmiş əməliyyat nəticəsində "İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhə" (DHKP-C) terror təşkilatının 14 üzvü saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər Bir may yürüşləri zamanı təxribatlar planlaşdırmaqda şübhəli bilinir.

Saxlanılanların Türkiyə vətəndaşları olduğu məlumat verilib.