FİFa-nın baş katibi etik kodeksi pozmaqda ittiham olunur


İdman 25 Apr 2018 15:10:00 271 0

FİFa-nın baş katibi etik kodeksi pozmaqda ittiham olunur

FİFA-nın baş katibi Fatma Samura qurumun etik kodeksini pozmaqda şübhəli bilinir. Goal.az xəbər verir ki, Samura doğruluq və əməkdaşlıqla bağlı qayda pozuntusu, informasiya gizlədilməsində ittiham olunur. Onun 2026-cı il dünya çempionatına ev sahibliyi etmək istəyən Mərkaeşin xeyrinə bəzi məlumatları gizlətdiyi deyilir. Tam adı Fatma Samba Diuf Samura olan 55 yaşlı xanımın keçmiş seneqallı futbolçu El Haci Diufla qohumluq münasibətləri aşkarlanıb. Diuf hazırda Mərkeşin turnirlə bağlı səfiridir. Samura kodeksi pozmasını inkar edir və həmkarlarının böhtan atdığını deyir.