Buzovnada keçmiş kolxoz və sovxozlar tərəfindən verilən torpaq sahələri sənədləşdirilib (FOTO)


Digərləri 25 Apr 2018 14:36:00 195 0

Buzovnada keçmiş kolxoz və sovxozlar tərəfindən verilən torpaq sahələri sənədləşdirilib (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi kolxoz və sovxoz tərəfindən ayrılmış torpaq sahələrinin sənədləşdirilməsinə dair “Kütləvi çıxarış” kampaniyası keçirib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi kolxoz və sovxoz tərəfindən ayrılmış torpaq sahələrinin sənədləşdirilməsinə dair “Kütləvi çıxarış” kampaniyası keçirib. Komitədən Trend-ə verilən məlumata görə, Buzovna qəsəbəsində 100-ə yaxın sakinə komitənin mobil ofislərində, birbaşa onların ünvanlarında rahat və çevik şəkildə çıxarışlar paylanıb. Vətəndaşların mülkiyyət hüququnun tanınmasını təsdiq edən çıxarışlar keçmiş kolxoz və sovxozlar tərəfindən müvafiq əmrlərlə verilmiş yaşayış və bağ evlərinin tikintisinə dair həyətyanı torpaq sahələrinə aid olub. Bura həmçinin, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarları da daxildir. Eyni zamanda, sovxozların yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisələrinin rəhbərlərinin əmrləri də aiddir.