"Bank Respublika"nın depozit portfeli 500 milyon manata qədər artdı


Digərləri 25 Apr 2018 14:25:00 301 0

"Bank Respublika"nın depozit portfeli 500 milyon manata qədər artdı

Bank Respublika 2018-ci ilin I rübü ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb. Hesabata əsasən, Bankın həyata keçirdiyi uğurlu strategiya nəticəsində bir çox göstəricilərdə irəliləyişlərə nail olunub. 

Belə ki, ilk rübün nəticələrinə əsasən 211 min manat həcmində xalis mənfəət əldə edilib. Bundan başqa, Bank aktivlərinin həcmini 10%-ə yaxın artıraraq 739 milyon manata çatdırıb.

Xidmət səviyyəsinin yüksəldilməsi, həyata keçirilən çox saylı məhsul kampaniyaları və rəqəmsal bankçılıq kanallarının inkişafı nəticəsində banka etibar edən müştərilərin sayında, eləcə də həm depozit, həm kart, həm də kredit portfelində artım baş verib. Kredit portfelində baş vermiş artım əməliyyatların avtomatlaşdırılması ilə kredit verilməsi prosesinin sürətləndirilməsi, sənədləşmənin asanlaşdıırlması və kredit şərtlərinin cəlbedici edilməsi ilə bağlıdır. 

Bankın səhmdarları 2018-ci ilin əvvəlində nizamnamə kapitalını artıraraq 67,5 milyon manata çatdırıb. Mart ayında keçirilmiş Səhmdarlarının Ümumi Yığıncağında isə, Bankın cari nizamnamə kapitalının növbəti dəfə də artırılmasına dair qərar qəbul olunub və bu prosesin qısa müddət ərzində həyata keçirilməsi gözlənilir.