Şəmkirdə maşın ağaca dəydi - ölən var


Digərləri 25 Apr 2018 14:20:00 213 0

Şəmkirdə maşın ağaca dəydi - ölən var

Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 24-də saat 16 radələrində Şəmkir rayonunun Düyərli kəndində Sabirkənd kənd sakini Emin Məmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinlərindən həmkəndlisi Ayaz Allahverdiyev hadisə yerində ölüb, xəsarət almış digər 2 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.