Akif Əlizadə: ""Made in Azerbaijan" brendi ilə hazırlanmış məhsulları bizdən indi tələb etmək tezdir"


Digərləri 25 Apr 2018 14:12:00 270 0

Akif Əlizadə: ""Made in Azerbaijan" brendi ilə hazırlanmış məhsulları bizdən indi tələb etmək tezdir"

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının (YTP) "Made in Azerbaijan" brendi ilə hazırlanmış məhsulları olacaq. Ancaq bunu indi bizdən tələb etmək tezdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Akademiyasının prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, YTP elə bir inkişafa nail olmalıdır ki, o, "Made in Azerbaijan" brendi ilə beynəlxalq aləmə çıxa bilsin.