"Lotu Quli"nin tərəfdarına hökm oxundu


Digərləri 25 Apr 2018 14:14:00 245 0

"Lotu Quli"nin tərəfdarına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Samir Kasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Kasımov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Kasımov Cinayət Məcəlləsinin narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.