BANM SOCARın III Beynəlxalq Forumunu konfrans ilə yekunlaşdırır


Digərləri 25 Apr 2018 14:18:00 215 0

BANM SOCARın III Beynəlxalq Forumunu konfrans ilə yekunlaşdırır

Bakı Ali Neft Məktəbinin (BANM) və "Confidence Capital" (Böyük Britaniya) şirkətinin təşkilatçılığı ilə keçirilən və Ümummili Lider Heydər Əliyevin 95 illiyinə həsr olunan SOCAR-ın "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" adlı III Beynəlxalq Forumu artıq üçüncü gündür ki, davam edir.

BANM-dan Son.az-a verilən məlumata görə, forumun 4 günlük proqramına əsasən bu gün "Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası - layihələrin həyata keçirilməsi və texniki həllər" adlı konfrans keçirilir.

Konfransda çıxış edən BANM-ın rektoru Elmar Qasımov bütün iştirakçıları salamlayaraq konfransı açıq elan edib. Konfransda çıxış edəcək məruzəçilərə və iştirakçılara uğurlar arzu edən rektor Elmar Qasımov, Bakı Ali Neft Məktəbinin SOCAR-ın III Beynəlxalq Forumuna və onun çərçivəsində keçirilən beynəlxalq konfransa ev sahibliyi etməsindən böyük sevinc hissi keçirdiyini qeyd edib.

Dörd sessiyadan ibarət olan konfransın ilk sessiyası "Azərbaycanın köhnə neft-kimya müəssisələrinin modernizasiyası ilə bağlı nəticələrin təhlili və yeni müəssisələrin işə salınması" haqqında məruzələrə həsr olunub. Bu sessiyada 3 məruzəçi - SOCAR Karbamid zavodunun direktoru Xəyal Cəfərov, "Azərikimya" İstehsalat Birliyinin İnvestisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov və "SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayev çıxış ediblər.

"Xəzər bölgəsi ölkələrin neft-kimya istehsalı və neft emal zavodlarının texniki durumu və məhsulları"na həsr olunan ikinci sessiya və "Neft və qaz emalı sahəsində ən yeni texnologiyalar" adlı üçüncü sessiyanın hər birində isə 3 məruzəçinin çıxışı nəzərdə tutulub.