Tələbələrə Akif Əlizadə adına təqaüd veriləcək


Digərləri 25 Apr 2018 14:04:00 243 0

Tələbələrə Akif Əlizadə adına təqaüd veriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə AMEA-nın prezidenti, akademik Akif Əlizadə adına təqaüdün verilməsi nəzərdə tutulur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə AMEA-nın prezidenti, akademik Akif Əlizadə adına təqaüdün verilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu ADNSU-nun rektoru Mustafa Babanlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimatı mərasimində çıxış edərkən deyib. A.Əlizadəni Azərbaycanın görkəmli elm xadimi, ölkəmizdə elmi-texniki tərəqqinin və təhsilin hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan təşkilatçı, ensiklopedik təfəkkürə malik olan şəxsiyyət kimi səciyyələndirən rektor M.Babanlı akademikin ADNSU-nun məzunu olmasından bütün ali məktəbin fərəh hissi keçirdiklərini qeyd edib. A.Əlizadənin onun üçün doğma olan tədris ocağı ilə sıx əlaqələr saxladığını qeyd edən rektor M.Babanlı ADNSU-da çalışan əməkdaşların, xüsusilə neftçi və geoloqların, eləcə də elmdə ilk addımlarını atan gənc alimlərin A.Əlizadənin qayğı və dəstəyini daim hiss etdiklərini bildirib.