Yeni nazir: "Yüksək texniki peşə təhsili ilə subbakalavr pilləsi uyğunlaşdırılacaq"


Digərləri 25 Apr 2018 13:44:00 254 0

Yeni nazir: "Yüksək texniki peşə təhsili ilə subbakalavr pilləsi uyğunlaşdırılacaq"

Azərbaycanda yüksək texniki peşə təhsilinin olması və onun subbakalavr pilləsi ilə uyğunlaşdırılması nəzərdə tutulur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, Milli Məclisdə III oxunuşda qəbul edilən "Peşə təhsili haqqında" qanunun qəbulu ilə peşə təhsili sahəsində yeni anlayışlar müəyyənləşdirilib.