Napoli-nin müdafiəçisi ingilis klublarının hədəfində


İdman 25 Apr 2018 13:15:00 274 0

Napoli-nin müdafiəçisi ingilis klublarının hədəfində

Napoli-nin müdafiəçisi Elsaid Hüsay karyerasını İngiltərədə davam etdirə bilər. Goal.az xəbər verir ki, 24 yaşlı futbolçu Chelsea, Manchester United və Liverpool-un maraq dairəsindədir. Albaniya millisinin üzvünə 50 milyon avro qiymət qoyulub. Chelsea nümayəndələri onun agenti ilə bir neçə dəfə görüşüb. Hər 3 klubun məşqçilər korpusu Hüsayın Britaniya futboluna uyğun futbolçu olduğunu düşünür.

Müdafiəçi bu mövsüm Napoli-nin heyətində bütün turnirlər daxil olmaqla 41 oyun keçirib.