Yeni nazir: Yüksək texniki peşə təhsili ilə subbakalavr pilləsi uyğunlaşdırılacaq


Digərləri 25 Apr 2018 13:33:00 210 0

Yeni nazir: Yüksək texniki peşə təhsili ilə subbakalavr pilləsi uyğunlaşdırılacaq

İslahatların dərinləşməsi əsas istiqamətlərdən biridir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda yüksək texniki peşə təhsilinin olması və onun subbakalavr pilləsi ilə uyğunlaşdırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, Milli Məclisdə III oxunuşda qəbul edilən "Peşə təhsili haqqında" qanunun qəbulu ilə peşə təhsili sahəsində yeni anlayışlar müəyyənləşdirilib.