Rusiya “Alfa” qrupunu İrəvana göndərdi:


Dünya 25 Apr 2018 13:28:00 255 0

Rusiya “Alfa” qrupunu İrəvana göndərdi:

Rusiya Ermənistanda yeni təhlükəli oyuna başlayıb və bu oyunun sonunda o, çox şeyi itirə bilər. Hətta ola bilsin ki, Cənubi Qafqazdan ABŞ və Qərb ölkələri Rusiyanı bazaları ilə birlikdə tamamilə qovub çıxarsın.

Son.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla müxalifət lideri Nikol Paşinyan arasında danışıqların dayandırılması və İrəvanda bu gün yenidən start götürməsi planlaşdırılan aksiyalarla bağlı danışarkən deyib. O bildirib ki, əgər Karen Karapetyan görüşdən imtina edibsə, bu o deməkdir ki, artıq o, Rusiyadan lazımi təlimatları alıb:

"Üstəlik, Rusiya Azərbaycana da emisarlar göndərir və şirin vədlər verirsə, bu onu göstərir ki, Rusiya Ermənistanda baş vermiş məxməri inqilabı beşikdəcə boğmaq fikrinə düşüb və hadisələrin bundan sonrakı inkişafına mane olmaq qərarına gəlib. Doğrudur, bunlar çox çətin olacaq, ayağa qalxmış xalqı yerinə oturtmaq, yenidən köhnə status-kvonu qoruyub saxlamaq o qədər də asan deyil. Çünki xalqda inqilabı əhval-ruhiyyə hələ sönməyib, əksinə, bir az da artıb. Amma bütün bunlara baxmayaraq, Rusiya yeni riskli addım atır".

Politoloq qeyd edib ki, Rusiya Ermənistanda Ukraynada törətdiklərindən fərqli olmayacaq bir ssenarinin gerçəkləşdirilməsinə girişib:

"Bu ssenari yüzlərlə, hətta daha çox insanın həyatı bahasına başa gələ bilər. Hazırda Rusiya aktiv prosesə start verib. Şübhəsiz ki, Gümrüdəki 102-ci briqada müəyyən göstərişlər alıb. Hətta Rusiyanın Ermənistana hava vasitəsilə müdaxilə etmək üçün "Alfa" qrupları və digər xüsusi təyinatlılar göndərməyə başladığı haqqında da məlumatlar verilir. Bütün bunlar Ermənistanda qanlı hadisələrin başlaması ilə nəticələnəcək".

Politoloqun sözlərinə görə, Karapetyanın Paşinyana rədd cavabı əhalini daha da hiddətləndirib: